İyunun 7-də baş tutan seçkilərin nəticələrinə əsasən Ermənistan parlamentində yer qazanan müxalif qüvvələrin mandatları qanunsuzdur və onların gələcək siyasi fəaliyyətləri məhdudlaşdırılmalıdır.
Postxronika.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan qanunverici orqandakı çıxışı zamanı bəyanat verib.
Baş nazir çıxışında bu fikirləri vurğulayıb: "Doqquzuncu çağırış parlamentində yer alan müxalifət tamamilə qeyri-qanuni yollarla formalaşmış bir siyasi qrupdur. Ermənistan dövlətinin bu dairələri sonrakı siyasi fəaliyyət hüququndan məhrum etməyə legitim əsası var və respublika rəhbərliyi bununla bağlı zəruri addımları atmalıdır".