"Mançester Siti"dən ayrılan Bernardo Silva karyerasını "Real"da davam etdirəcək.
Postxronika.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
Portuqaliyalı yarımmüdafiəçi Madrid klubu ilə 2028-ci ilin iyununa qədər müqavilə imzalayıb. Sazişdə daha 1 illik uzatma imkanı da yer alıb.
Məlumata görə, Bernardonun transferində baş məşqçi Joze Mourinyonun xüsusi istəyi mühüm rol oynayıb.
Qeyd edək ki, Bernardo Silva 2017-ci ildən "Mançester Siti"də oynayırdı. O, İngiltərə klubu ilə 451 matça çıxıb, 6 Premyer Liqa, 1 Çempionlar Liqası, 1 UEFA Superkuboku, 2 ölkə kuboku, 1 klublararası dünya çempionatı da daxil olmaqla, ümumilikdə 19 kubok qazanıb.