Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məhəmməd Süleyman Əl-Casirin ali mükafatla təltif edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının qərarına əsasən, o, ölkəmiz ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafına verdiyi səmərəli töhfələrə görə “Dostluq” ordeninə layiq görülüb.
Postxronika.az xəbər verir ki, sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndi rəhbər tutularaq imzalanıb.