Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və gələcəkdə baş verə biləcək cinayət hadisələrinin qarşısının alınması məqsədilə qanunsuz saxlanılan odlu silah-sursatların yığılması istiqamətində əməliyyat-profilaktik tədbirlər uğurla davam etdirilir.
Postxronika.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 16-da polis əməkdaşlarının paytaxt Bakı və respublikanın ayrı-ayrı rayonlarında keçirdikləri operativ əməliyyatlar nəticəsində xeyli sayda qanunsuz döyüş silahı və sursat aşkarlanıb.
Aparılan tədbirlər zamanı qanunsuz dövriyyədən bütövlükdə aşağıdakı silah-sursat növü çıxarılaraq götürülüb:
2 ədəd pulemyot;
4 ədəd avtomat silah;
1 ədəd tapança;
7 ədəd müxtəlif növ tüfəng;
7 ədəd patron darağı;
213 ədəd müxtəlif çaplı döyüş patronu.
Hüquq-mühafizə orqanları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanması, habelə vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi istiqamətində kəsərli mübarizə tədbirləri aramsız olaraq davam etdirilir.