İspaniyanın "Real" komandası İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Enzo Fernandeslə ilkin razılığa gəlib.

Postxronika.az xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, yeni sözləşmənin 2032-ci il iyunun 30-dək nəzərdə tutulduğu bildirilir.

Qeyd edək ki, geridə qalan mövsüm ərzində London klubunun heyətində 52 matça çıxan futbolçu 15 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı oyunçunun transfer dəyərini 90 milyon avro olaraq qiymətləndirir.