Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib.

"Postxronika" President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev səfirliyin təsis edilməsi haqqında qanunu təsdiqləyib.

Daha bir Sərəncamla Nazirlər Kabinetinə Lissabon şəhərində olacaq səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etmək tapşırılıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.