Fransa Xarici İşlər Nazirliyi şənbə günü Parisdə keçirilməsi planlaşdırılan İran müxalifətinin mitinqinin qadağan olunmasını tələb etməsi barədə iddiaları qəti şəkildə rədd edib.
Postxronika.az xəbər verir ki, mərkəzi Parisdə yerləşən İran Milli Müqavimət Şurası (NCRI) Paris polisinin onların mitinqini son anda qadağan etdiyini bildirib. Təşkilat bu qərarı Fransa xarici işlər naziri Jan-Noel Barro ilə iranlı həmkarı Abbas Araqçı arasında baş tutan telefon danışığı ilə əlaqələndirib.
Fransa Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı yaydığı rəsmi bəyanatda isə bu iddiaların tamamilə əsassız olduğu vurğulanıb: "Bu iddia yalandır. Nazir telefon danışığı zamanı sözügedən etiraz aksiyası barədə heç bir fikir bildirməyib və onun ləğvini tələb etməyib".