İtaliyanın baş naziri Corciya Meloni ABŞ Prezidenti Donald Trampın yerli televiziyaya verdiyi son açıqlamaları təəccüblə qarşılayıb.

Postxronika.az xəbər verir ki, italiyalı rəhbər Trampın G7 sammitində şəkil çəkdirmək üçün ondan yalvardığı barədə hekayəsini "uydurma" adlandırıb. Ağ Ev rəhbərinin müttəfiqlərinə qarşı bu cür davranışından şoka düşdüyünü gizlətməyən hökumət başçısı İtaliyanın heç vaxt kimsəyə yalvarmayacağını vurğulayıb. Ağ Evin ittihamlarına cavab olaraq, rəsmi Romanın qətiyyətli addımı gecikməyib və xarici işlər naziri Antonio Tanyani Vaşinqtona planlaşdırılan rəsmi səfərini ləğv edib. Bu insident İranla bağlı fikir ayrılıqlarından sonra onsuz da gərginləşən ikitərəfli əlaqələrin daha da zəiflədiyini nümayiş etdirir.