Hindistanlı milyarder Mukeş Ambaniyə məxsus "Reliance Jio Platforms" şirkəti Mumbay birjasında təxminən 3,8 milyard dollar cəlb etmək məqsədilə öz səhmlərinin ilkin kütləvi yerləşdirilməsi (IPO) planını təsdiqləyib. Bu maliyyə əməliyyatı uğurla yekunlaşarsa, dövlət səviyyəsində rekord göstərici kimi tarixə düşəcək.

Postxronika.az xəbər verir ki, abunəçi sayına görə dünyada ikinci ən böyük telekommunikasiya operatoru olan qurum, 270 milyona qədər yeni səhm buraxaraq post-emissiya kapitalının 2,9 faizini bazara çıxarmağı hədəfləyir. Hazırda təxminən 500 milyon istifadəçisi olan və Hindistanın rəqəmsal məlumat trafikinin 60 faizinə nəzarət edən müəssisə, eyni zamanda süni intellekt və bulud texnologiyaları sahələrini də özündə birləşdirir. Korporasiya rəhbəri M.Ambani gözlənilən kütləvi yerləşdirməni cari ilin ən mühüm dəyər yaratma mərhələsi adlandırıb.