Cümə günü Moskva və ətraf vilayətlərdə bir neçə yanacaqdoldurma məntəqəsi bağlanıb. Şahidlər açıq stansiyaların qarşısında avtomobil növbələrinin olduğunu bildiriblər. Cümə axşamı Ukraynanın pilotsuz təyyarələrinin hücumu ilə Moskvanın yanacaq təchizatına ağır zərbə dəyib.
Postxronika.az BBC-yə istinadən xəbər verir ki, Moskva vilayətində kiçik bir kənddən olan Mixail hücum günü çörək üçün mağazaya gedib və yaxınlıqdakı benzin stansiyasında növbə görüb. Stansiyanın özü isə bağlı olub.
Yaşadığı yerdən xeyli aralıda yerləşən başqa bir stansiyadan asılan lövhəyə görə burada yanacağın olduğu qeyd edilib.
Lakin Mixail deyir ki, bu, həmişə benzin və ya dizelin həqiqətən mövcud olduğu demək deyil.
Digər insanlardan alınan ifadələrə görə yanacaq çatışmazlığı onlarla Rusiya bölgəsinə təsir göstərib. Hətta bəzi şahidlər benzin qiymətinin qalxdığını deyib.