Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Rusiyaya qarşı uzaqmənzilli əməliyyatları genişləndirəcəyini bəyan edib. Son günlər Moskva istiqamətində pilotsuz uçuş aparatlarının hücumları qeydə alınıb və Rusiyanın nəzarətində olan Krım yarımadasında bir sıra logistika obyektləri hədəfə alınıb.  

Postxronika.az xəbər verir ki, Ukrayna rəhbərliyi bu addımların məqsədinin Rusiyanın hərbi təchizat xətlərini zəiflətmək olduğunu bildirib. Zelenski çıxışında işğalın dəyərini artırmaq və Rusiyanın hərbi imkanlarını məhdudlaşdırmaq üçün əməliyyatların davam etdiriləcəyini vurğulayıb.