Hindistan hökuməti Birləşmiş Ərəb Əmirliklərinə özünün qabaqcıl müdafiə sistemlərindən biri olan “BrahMos” səsdən sürətli raketlərinin mümkün satışı ilə bağlı danışıqlar aparır. Məlumata görə, tərəflər arasında müdafiə əməkdaşlığının genişləndirilməsi istiqamətində müzakirələr davam edir.  

Postxronika.az xəbər verir ki, sövdələşmə baş tutacağı halda, BƏƏ “BrahMos” raket sistemini əldə edən növbəti xarici ölkələrdən biri olacaq. Mütəxəssislər bu addımın Hindistanın müdafiə ixracatının artırılması strategiyasının mühüm hissəsi olduğunu bildirirlər.