ABŞ Federal Ehtiyat Sisteminin (FED) keçmiş sədri, dünya şöhrətli iqtisadçı Alan Qrinspan 100 yaşında vəfat edib.
Postxronika.az xəbər verir ki, bu barədə məlumat yayan onun həyat yoldaşı, NBC News müxbiri Andrea Mitçell eks-sədrin Parkinson xəstəliyinin ağırlaşmalarından öldüyünü bildirib.
1987-2006-cı illərdə FED-ə rəhbərlik edən Qrinspan, Amerikanın dollar sabitliyini təmin edən və ölkənin ən uzunmüddətli iqtisadi artım dövrünü formalaşdıran əsas fiqur idi. Sərbəst bazar fəlsəfəsinin tərəfdarı olan maliyyəçi böhranlar zamanı çevik addımları ilə tanınsa da, tənqidçilər onu ucuz kredit siyasəti ilə 2008-ci ilin qlobal ipoteka böhranına zəmin yaratmaqda ittiham edirdilər. Zəngin karyerası ərzində ABŞ-ın Prezident Azadlıq Medalı və Britaniyanın fəxri cəngavərlik titulu ilə təltif olunan əfsanəvi iqtisadçı bu ilin mart ayında yüz illik yubileyini qeyd etmişdi.