Qətər gəmi daşımalarında yavaşlama olmasına baxmayaraq, LNG tankerlərini Hörmüz boğazına göndərib.

Postxronika.az Reuters agentliyinə istinadla xəbər verir ki, gəmiçilik məlumatlarına görə, İranın həftəsonu Hörmüz boğazını yenidən bağladığını elan etməsindən sonra gəmi hərəkətində azalma müşahidə olunsa da, Qətərin nəzarətində olan dörd mayeləşdirilmiş təbii qaz (LNG) tankeri bazar ertəsi Hörmüz boğazına daxil olub.

Analitik şirkət Kpler-in gəmi izləmə məlumatlarına əsasən, Wadi Al Sail, Mekaines, Al Sadd və Mesaimeer adlı tankerlər ABŞ-İsrailin İranla müharibəsi başladıqdan sonra ilk dəfə olaraq boğaza İran marşrutu vasitəsilə daxil olublar.