Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lüksemburq Böyük Hersoqluğunun milli bayramı münasibətilə bu ölkənin Böyük Hersoqu Əlahəzrət Qiyoma təbrik məktubu ünvanlayıb.

Postxronika.az xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:

​"Lüksemburq Böyük Hersoqluğunun milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram".