Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində mağazalardan oğurluq edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.
Postxronika.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi məlumatına istinadən xəbər verir ki, Sumqayıt şəhərində yerləşən mağazaların birindən naməlum şəraitdə oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı İ.Kərimov saxlanılıb.
Digər bir əməliyyat isə Abşeron rayonunda baş tutub. Saray qəsəbəsində müxtəlif vaxtlarda iki mağazadan spirtli içkilər və tütün məmulatları oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilib. Keçirilən tədbirlərlə əvvəllər də eyni əmələ görə məhkumluq həyatı yaşamış 28 yaşlı T.Heydərli yaxalanaraq istintaqa təhvil verilib.
Hər iki faktla bağlı aidiyyəti üzrə polis şöbələrində araşdırmalar davam etdirilir.