ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə beynəlxalq nəzarətin uzunmüddətli şəkildə bərpa olunması barədə razılıq əldə edildiyini bəyan edib. Onun sözlərinə görə, Vaşinqton və Tehran arasında aparılan son danışıqlarda mühüm irəliləyiş əldə olunub və bu, tərəflər arasında yekun razılaşmaya zəmin yarada bilər.

Postxronika.az Reuters Agentliyinə istinadən xəbər verir ki, İran tərəfi Trampın açıqlamalarını təkzib edərək ölkənin nüvə proqramı ilə bağlı hər hansı yeni öhdəlik götürmədiyini bildirib. Hazırda tərəflər arasında İsveçrədə vasitəçilərin iştirakı ilə müzakirələr davam edir.