BMT-nin müstəqil araşdırma komissiyası İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlarla bağlı yeni hesabat yayımlayıb. Hesabatda fələstinli uşaqların məqsədli şəkildə hədəf alındığı və bunun beynəlxalq hüququn ciddi pozuntusu hesab edildiyi qeyd olunur.

Postxronika.az Reuters Agentliyinə istinadən xəbər verir ki, komissiya bu əməllərin hərbi cinayətlər və insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə biləcəyini vurğulayıb. İsrail tərəfi isə ittihamları rədd edərək əməliyyatların terror qruplarına qarşı yönəldiyini bildirib.