Böyük Britaniyanın Avropa İttifaqından ayrılması ilə bağlı referendumun keçirilməsindən 10 il ötür. Yeni araşdırmalar göstərir ki, Brexit qərarının ölkə iqtisadiyyatına təsirləri hələ də hiss olunur və bir çox sahədə problemlər davam edir.
Postxronika.az xəbər verir ki, ekspertlər ticarət, investisiya və əmək bazarında yaranan çətinliklərin Britaniya iqtisadiyyatına milyardlarla funt sterlinq zərər vurduğunu bildirirlər. Son sorğular isə gənclər arasında Avropa İttifaqına yenidən qoşulma istəyinin artdığını göstərir.