ABŞ-da texnologiya şirkətlərinin səhmlərində baş verən kəskin eniş qlobal maliyyə bazarlarında narahatlıq yaradıb. Xüsusilə süni intellekt sektoruna böyük sərmayə yatıran şirkətlərin qiymətli kağızları ciddi dəyər itirib.
Postxronika.az Reuters Agentliyi ə istinadən xəbər verir ki, investorlar ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini yenidən artıracağı ehtimalını qiymətləndirirlər. Bu səbəbdən Nasdaq indeksində böyük itkilər qeydə alınıb və bazarın ümumi dəyəri bir neçə saat ərzində trilyonlarla dollar azalıb.