Krasnodar vilayətinə gecə saatlarında pilotsuz uçuş aparatları ilə hücum edilib. Hadisə nəticəsində iki nəfər həyatını itirib, iki nəfər yaralanıb.

Postxronika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Vilayətin qubernatoru Veniamin Kondratyev bildirib ki, dron qalıqları Severski rayonundakı Afipskaya dəmir yolu stansiyasının ərazisinə düşüb.

Onun sözlərinə görə, hadisə zamanı bölgədəki neft emalı zavodunda da yanğın baş verib. Yanğınsöndürənlər və təcili xidmət əməkdaşları hadisə yerində iş aparırlar.

Həmçinin Afipskidə azı 10 fərdi yaşayış evinin zərər gördüyü, onlardan birinin alovlandığı bildirilib.

Kondratyev ölənlərin yaxınlarına başsağlığı verib, yaralananlara isə tezliklə sağalmalarını arzulayıb.