Pakistan və İran arasında ABŞ və İsrailin İrana qarşı apardığı müharibə, gərginliyin azaldılması və sülhə aparan yollarla bağlı müzakirələrdə mühüm irəliləyiş əldə edildiyi açıqlanıb.

Postxronika.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Pakistanın daxili işlər naziri Möhsin Naqvi bildirib ki, Tehrana səfəri çərçivəsində aparılan görüşlər zamanı tərəflər regional sülh və münaqişənin danışıqlar yolu ilə həlli məsələlərini müzakirə ediblər.

Pakistan ordusunun yaydığı açıqlamada isə Baş Qərargah rəisi Asim Münirin İran rəhbərliyi ilə görüşündə gərginliyin daha da artmasının qarşısının alınması, Hörmüz boğazının yenidən açılması və münaqişənin mümkün qədər tez başa çatdırılması məsələlərinin əsas diqqət mərkəzində olduğu bildirilib.

Naqvi qeyd edib ki, İran Prezidenti hökumətinin mövqeyini açıq şəkildə bölüşüb və müzakirə olunan məsələlər üzrə “çox konstruktiv fikir mübadiləsi” aparılıb.