“Yolun Sözü” rubrikasında asfaltlama və baxış qapaqlarının qaldırılması prosesi izah olunub
RH
Yeni təmir edilən yollarda asfalt örtüyünün sonradan kəsilərək baxış qapaqlarının qaldırılması vətəndaşlarda müəyyən suallar doğurur. Xarici görünüşcə nöqsan təəssüratı yaratsa da, bu proses müəyyən edilmiş texnoloji ardıcıllıq əsasında icra olunur. İşlər zamanı yeraltı kommunikasiya xətlərinin yerləri əvvəlcədən işarələnir və örtük möhkəmləndikdən sonra xüsusi avadanlıqlarla kəsilərək lazımi hündürlüyə gətirilir.
Postxronika.az AAYDA istinadən xəbər verir ki, tətbiq edilən texnologiyanın ana hədəfi baxış qapaqlarının yol səthi ilə eyni səviyyədə olmasını və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etməkdir. Rubrikanın yeni buraxılışında süni intellekt əsaslı aparıcı AİDA sözügedən prosedurun mahiyyətini real görüntülər vasitəsilə ictimaiyyətə təqdim edib. Ətrafları betonlanan və yenidən asfaltlanan örtük yolların istismar müddətini uzatmağa xidmət edir.
Yol infrastrukturunda texnoloji standartlara dəqiq riayət olunması hərəkətin rahatlığı və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Müasir təmir metodlarının tətbiqi avtomobil yollarında hamarlığı təmin edərək nəqliyyat vasitələrinin aşınmasının qarşısını alır. İctimaiyyətin bu cür maarifləndirici layihələrlə məlumatlandırılması aparılan tikinti-abadlıq işlərinə olan inamı daha da artırır.