Noyabr ayında Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb
RH
Noyabir ayı ərzində Səyyar ASAN xidmət avtobusları ölkənin müxtəlif şəhər və rayonlarında vətəndaşlara səyyar formada xidmət göstərəcək. Səfər cədvəlinə əsasən Xankəndi, Oğuz, Ağstafa, Neftçala, Biləcəri, Ağdam və digər yaşayış məntəqələrində müvafiq tarixlərdə qəbullar təşkil olunacaq. Layihənin əsas məqsədi dövlət xidmətlərini hər kəs üçün daha rahat, innovativ və əlçatan şəkildə təqdim etməkdir.
Postxronika.az ASAN xidmətə istinadən xəbər verir ki, xüsusi avtobuslar həftəiçi beş gün saat 10:00-dan 17:00-dək əhalinin istfadəsinə veriləcək. Neftçala rayonunda isə iş qrafiki saat 11:00-dan 17:00-dək müəyyən edilib. Vətəndaşlar səfər marşrutları və göstərilən xidmətlər haqqında ətraflı məlumatı "108" Çağrı Mərkəzi vasitəsilə əldə edə bilərlər.
Səyyar xidmətlərin regionlarda təşkili əhalinin vaxtına qənaət etməyə və dövlət qulluqlarından operativ yararlanmasına imkan yaradır. Bu addım region sakinlərinin rahatlığını təmin etməklə yanaşı, vətəndaş məmnunluğunun yüksəlməsinə də böyük töhfə verir. Müasir standartlara cavab verən səyyar avtobuslar dövlət-vətəndaş münasibətlərinin daha da şaffaf olmasına şərait yaradır.