Sumqayıt Bulvarında mikromobillik zolaqları yaradılıb
NQNuray Qafarzadə

Sumqayıt Bulvarında velosiped və skuterlərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mikromobillik zolaqları təşkil edilib.
Postxronika.az xəbər verir ki, yeni zolaqlar mikromobillik vasitələrinin hərəkətini tənzimləmək və təhlükəsizliyi artırmaq məqsədi daşıyır.
Qeyd edək ki, bundan əvvəl bulvarda velosipedlər üçün parklanma məntəqələri yaradılıb və kirayə velosipedlər istifadəyə verilib. Növbəti mərhələdə Sumqayıtın digər ərazilərində də mikromobillik zolaqlarının yaradılması nəzərdə tutulur.