Putin, Si Cinpin və Trampın mümkün görüşü tarixi hadisə ola bilər
NQNuray Qafarzadə

Rusiya, Çin və ABŞ liderlərinin mümkün üçtərəfli görüşü beynəlxalq münasibətlər tarixində mühüm hadisəyə çevrilə bilər.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət üç ölkənin liderlərindən, xüsusilə nüvə müharibəsinin yolverilməzliyi ilə bağlı mühüm mesajlar gözləyir. Matviyenko qeyd edib ki, görüşün keçirilməsi hələ rəsmi təsdiqini tapmayıb və yekun qərar üç prezidentin administrasiyasından asılıdır.