Rusiya və Ukraynada Alyoşki atəşkəsi, Lavrovun G20 görüşündə iştirakı gündəmdədir
NQ
Alyoşkidə Rusiya və Ukrayna arasında humanitar atəşkəsin başa çatması, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ABŞ-də keçirilən G20 Xarici İşlər Nazirləri Görüşündə iştirakı və Polşada Konstitusiya Məhkəməsinə nəzarət uğrunda siyasi mübarizə Rusiya mətbuatının əsas gündəm mövzuları olub.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Rusiyanın İnsan Hüquqları üzrə müvəkkili Yana Lantratova missiyanın uğurla başa çatdığını bildirib.
Məlumata görə, təxliyə olunanların bir qismi Rusiyanın Krasnodar diyarında yerləşdirilib və tibbi yardımla təmin olunub. Humanitar atəşkəs noyabrın 1-də Moskva vaxtı ilə saat 23:59-da başa çatıb. Lantratova şəhərdə qalan sakinlərə kömək məqsədilə yeni missiyaların təşkilini də istisna etməyib.