İbrahim Talıbov Vətənə qayıdır
NQNuray Qafarzadə

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu İbrahim Talıbov noyabrın 3-də Vətənə qayıdır.
Postxronika.az Azərbaycan Milli Olimpiya Komitəsinə istinadən xəbər verir ki, İbrahim Talıbov, yeniyetmə oğlanlardan ibarət milli komandanın baş məşqçisi Emin İskəndərov və komandanın həkimi Şahin Məmmədov saat 02:10-da Heydər Əliyev Beynəlxalq Hava Limanında olacaqlar.
Qeyd edək ki, İbrahim Talıbov 55 kq çəki dərəcəsində qızıl medal qazanaraq Azərbaycanın Dakar-2026-da ilk medalına sahib çıxıb. Noyabrın 13-dək davam edəcək yarışlarda Azərbaycan 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunur.