“Olimpiya dünyası” qəzetinin 25 yaşı tamam olur
NQ
Azərbaycan Milli Olimpiya Komitəsinin rəsmi mətbuat orqanı olan “Olimpiya dünyası” qəzetinin 25 illik yubileyi qeyd olunur.
Postxronika.az AzTürkXəbər-ə istinadən xəbər verir ki, 2001-ci il noyabrın 27-dən nəşr olunan qəzet 25 il ərzində Azərbaycan idmanının uğurlarını, atletlərin tarixi qələbələrini və Olimpiya Hərəkatının inkişafını işıqlandıraraq idman jurnalistikasında özünəməxsus yer tutub.
Əvvəllər həftədə iki dəfə 6 min tirajla çap olunan nəşr hazırda həftədə bir dəfə 4 100 tirajla yayımlanır, 2016-cı ilin oktyabrından isə gündəlik onlayn formatda da fəaliyyət göstərir. Fəaliyyəti ərzində 40-dan çox idman jurnalistinin yetişməsinə töhfə verən qəzet bir sıra yerli və beynəlxalq mükafatlara, o cümlədən İspaniyada “Nüfuz və keyfiyyətə görə – Aktualidad-XXI” beynəlxalq mükafatına layiq görülüb.