Rusiya yeni taxıl sazişinə razı olmayacaq
NQ
Rusiya yeni taxıl sazişinin bağlanmasına razılıq verməyəcək. Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Anna Yevstigneeva bildirib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, diplomat 17 iyul 2023-cü ildə başa çatan taxıl sazişinin əsas məqsədinin ehtiyacı olan ölkələrə ərzaq tədarükü olsa da, buna nail olunmadığını, Qərb ölkələrinin isə sazişdən özlərinə taxıl ixrac etmək üçün istifadə etdiyini bildirib. Yevstigneeva, həmçinin sazişin qüvvədə olduğu dövrdə NATO ölkələrinin Ukraynaya silah tədarükünü fəal şəkildə həyata keçirdiyini vurğulayıb.
O, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclasında çıxış edərək, yeni taxıl sazişinin praktikada Ukrayna ərzağının Qərb silahları ilə mübadiləsinə çevriləcəyini və Rusiyanın belə bir razılaşmanı qəbul etməyəcəyini qeyd edib.