Usain Boltu geridə qoyan Çin robotu real işlərə hazırlaşır
NQ
Çinin “TianGong Ultra” humanoid robotu 100 metr məsafəni 8,64 saniyəyə qət edərək Usain Boltun dünya rekordunu geridə qoyub.
Postxronika.az ,Reuters-ə istinadən xəbər verir ki, robotun hazırlanmasına rəhbərlik edən 34 yaşlı mühəndis Cek Qo indi əsas məqsədin yüksək sürəti etibarlılıq və praktiki istifadə imkanları ilə birləşdirmək olduğunu bildirib.
Robot Pekində keçirilən Dünya Humanoid Robotları Oyunlarında bu nəticəni göstərib. Qonun sözlərinə görə, yarış zamanı robotların sınaqdan keçirilməsi və təmiri gecə-gündüz davam edib. O bildirib ki, növbəti mərhələ humanoid robotları yalnız nümayişlərdə deyil, real işlərdə istifadə etməkdir. Çin bu sahədə dövlət dəstəyi, güclü təchizat zənciri və yüksək rəqabət hesabına sürətlə irəliləyir.
Nuray Qafarzadə