Anthropic rəhbəri süni intellektin inkişafının yavaşladılmasını istəyir
NQNuray Qafarzadə

Süni intellektdən sui-istifadə risklərinin artması fonunda Anthropic şirkətinin rəhbəri Dario Amodei modellərin inkişaf tempinin azaldılmasına çağırıb.
Postxronika.az Reuters-ə istinadən xəbər verir ki Amodei təhlükəsizlik standartlarının gücləndirilməsi və müstəqil qiymətləndiricilərin cəlb olunmasını təklif edib. O, həmçinin süni intellekt şirkətləri arasında əməkdaşlığın və beynəlxalq nəzarətin artırılmasını vacib sayıb. OpenAI rəhbəri Sem Altman və xAI rəhbəri İlon Mask təklifi dəstəklədiklərini bildiriblər. Amodei inkişafın dayandırılmasını deyil, süni intellektin təhlükəsizliyinin təmin edilməsi üçün daha çox vaxt ayrılmasını istəyib.
Nuray Qafarzadə