Konqo Demokratik Respublikasında Ebola epidemiyası zamanı yoluxma sayı 7 mini ötüb
MƏ
Konqo Demokratik Respublikasında (KDR) Milli İctimai Səhiyyə İnstitutunun yaydığı son məlumatlara görə, mayın 15-də elan edilən Ebola epidemiyası zamanı təsdiqlənmiş yoluxma hallarının sayı 7022-ə, ölənlərin sayı isə 3398-ə çatıb. Ölüm səviyyəsinin 48,4 faiz təşkil etdiyi bu infeksiya ölkənin bir sıra əyalətlərindəki 62 səhiyyə zonasına yayılıb.
Postxronika.az xəbər verir ki, səhiyyə rəsmilərinin açıqlamasına əsasən, hazırda epidemiya zamanı ortaya çıxan "Bundibugyo" virus variantı üçün təsdiqlənmiş hər hansı müalicə üsulu və ya peyvənd mövcud deyil. Xatırladaq ki, ilk dəfə 1976-cı ildə qeydə alınan və adını yaxınlıqdakı çaydan alan bu təhlükəli xəstəlik illər ərzində Afrikanın müxtəlif bölgələrində minlərlə insanın həyatına son qoyub.
Mələksima Əhmədova