Ağdamda üçrəngli Dövlət Bayrağımız əzəmətlə dalğalanır – FOTOREPORTAJ
NQNuray Qafarzadə

Ağdam rayonunda Azərbaycanın üçrəngli Dövlət Bayrağı milli qürur və müstəqilliyimizin rəmzi kimi ucalır.
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, Soltanbud təpəsinin zirvəsində dalğalanan bayrağa aparan pilləkənlər, yaşıllıqla əhatələnmiş ərazi və “Qarabağ Azərbaycandır!” yazısı qürurverici mənzərə yaradır. Təpənin ətəyində yerləşən şəhidlərin xatirə lövhələri və abidə kompleksi isə azadlıq və müstəqillik uğrunda canlarından keçən qəhrəmanların xatirəsini yaşadır