Krım körpüsü üzərindən qatarların hərəkəti tam bərpa olunub
NQNuray Qafarzadə

Ukrayna hücumlarından sonra Krımla Rusiya materikini birləşdirən Kerç boğazı körpüsü üzərindən dəmir yolu hərəkəti tam bərpa edilib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Andrey Nikitin məlumat verib.
O bildirib ki, Krım körpüsünün dəmir yolu hissəsində hərəkət tam bərpa olunub və qatarlar marşrut üzrə qrafikə uyğun hərəkət edir.
Qeyd edək ki, noyabrın 16, 17 və 18-də APEC sammiti zamanı Ukrayna hərbçilərinin Krım körpüsünə hücumları nəticəsində onun konstruksiyalarına ziyan dəymişdi.