“Bulgari” zərgərlik evini yüksək moda dünyasına çıxaran Paolo Bulgari 89 yaşında vəfat edib
NQNuray Qafarzadə

Məşhur zərgərlik brendinin inkişafında mühüm rol oynayan Paolo Bulgari 89 yaşında dünyasını dəyişib. Onun dəfn mərasimi noyabrın 23-də keçiriləcək.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Paolo Bulgari ailəsinin zərgərlik biznesini yüksək moda dünyasına çıxaran şəxslərdən biri olub. “La Repubblica” qəzetinin məlumatına görə, dəfn mərasimi noyabrın 23-də keçiriləcək.
Ailəsi onun vəfatı ilə bağlı açıqlamasında Paolo Bulgarini “dövrümüzün böyük zərgəri” adlandırıb.
Qeyd edək ki, “Bulgari” brendinin ən parlaq dövrü 1960–1970-ci illərə təsadüf edib. Həmin vaxt şirkətin müştəriləri arasında məşhur kino ulduzları da olub.