Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində 275 Ukrayna dronunu vurub
NQNuray Qafarzadə

Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində ölkənin regionları üzərində 275 Ukrayna pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, noyabrın 20-si saat 20:00-dan noyabrın 21-i saat 08:00-dək Belqorod, Bryansk, Voronej, Kaluga, Kursk, Leninqrad, Novqorod, Oryol, Pskov, Rostov və Smolensk vilayətləri, Krım Respublikası, eləcə də Qara dəniz üzərində Ukraynaya məxsus 275 qanadlı PUA ələ keçirilib və məhv edilib.