İran NPT-dən faktiki olaraq çıxıb – deputat
NQ
İranın nüvə obyektlərinə endirilən zərbələr və nüvə alimlərinin öldürülməsi nəticəsində ölkə faktiki olaraq Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) və Beynəlxalq Atom Enerjisi Agentliyindən (BAEA) kənarda qalıb.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Abolfəzl Zohrevənd bildirib.
Deputat qeyd edib ki, İranın NPT-dən çıxması məsələsi ilə bağlı rəsmi əlavə bəyanat verməsinə ehtiyac yoxdur və bu istiqamətdə qərar qəbul edilə bilər. Onun sözlərinə görə, mövcud vəziyyəti nəzərə alan İran ictimaiyyəti müqavilədən çıxmağı tam dəstəkləyir.
Zohrevənd İranın nüvə obyektlərinə hücumlar və nüvə alimlərinin öldürülməsi nəticəsində ölkənin faktiki olaraq müqavilədən kənarlaşdırıldığını iddia edib.