Ağstafada sursat partlayışı baş verib: bir nəfər ölüb
NQ
Ağstafa rayonunun Çeyrançöl ərazisində noyabrın 15-də baş verən sursat partlayışı nəticəsində bir nəfər həlak olub, daha bir nəfər xəsarət alıb.
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Qazax rayonunun Dəmirçilər kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul İbrahimov və Daşsalahlı kənd sakini, 1982-ci il təvəllüdlü Sahib Əmrahovun partlamamış hərbi sursata müdaxiləsi nəticəsində baş verib. Rəsul İbrahimov aldığı xəsarətlərdən dünyasını dəyişib, Sahib Əmrahov isə yaralanıb.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır. DİN, Baş Prokurorluq və ANAMA vətəndaşları şübhəli əşyalara toxunmamağa və partlayıcı sursatlara müdaxilə etməməyə çağırıb.