Aİ Avropa təhlükəsizliyi ilə bağlı Rusiya ilə ikitərəfli məsləhətləşmələrə hazır deyil
NQ
Avropa Rusiya ilə Avropanın təhlükəsizlik məsələləri üzrə ikitərəfli məsləhətləşmələr aparmağa hazır deyil və Ukrayna ilə bağlı müzakirələrin çoxtərəfli formatda keçirilməsinə üstünlük verir.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Avropa Komissiyasının sözçüsü Paula Pinho Brüsseldə keçirilən brifinqdə Rusiyanın nümayəndə heyətini Moskvaya dəvət etmək təklifinin qəbul edildiyini, lakin hazırda ikitərəfli danışıqlara hazır olmadıqlarını bildirib.
Pinho qeyd edib ki, Avropanın təhlükəsizlik arxitekturası ilə bağlı müzakirələr yalnız Ukraynada atəşkəs elan edildikdən sonra başlaya bilər və bu proses NATO, eləcə də Avropa İttifaqına üzv dövlətlərin iştirakı ilə həyata keçirilməlidir.
Rusiya Prezidenti Vladimir Putin noyabrın 19-da diplomatik kanallar vasitəsilə Avropa ölkələrinə regional təhlükəsizliyin təmin olunması ilə bağlı mövqelərini aydınlaşdırmaq məqsədilə Moskvaya nümayəndə heyəti göndərmək təklifinin çatdırıldığını bildirmişdi. Kremlin sözçüsü Dmitri Peskov isə Moskvanın Avropanın sülh səylərinə nə dərəcədə töhfə vermək niyyətində olduğunu öyrənmək istədiyini vurğulayıb.