Rusiya Estoniyanın sərhədi bağlamaq qərarına görə diplomatik etiraz bildirib
NQ
Rusiya Xarici İşlər Nazirliyi Estoniyanın Rusiyadakı diplomatik nümayəndəsi Marek Uhtegini çağıraraq Tallinnin sərhədi bağlamaq qərarına etirazını bildirib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, noyabrın 23-də Estoniya diplomatına Tallinnin Rusiyanı müdafiə sənayesi müəssisəsinə qarşı uğursuz təxribat cəhdində ittiham etməsi və dekabrın 1-dən Rusiya-Estoniya sərhədində keçid məntəqələrini bağlamaq qərarı ilə bağlı etiraz notası təqdim olunub.
Rusiya XİN bildirib ki, tələsik və əsassız ittihamlar Estoniya hakimiyyətinin rusofob xarakterini nümayiş etdirir. Nazirlik, həmçinin Tallinnin bu qərarın mümkün nəticələrini ciddi şəkildə nəzərə almadığını vurğulayıb.