“Unity” tankeri Hindistan heyətinə təhvil verilib, rusiyalı dənizçilər ölkələrinə qayıdır
NQ
Hindistanda saxlanılan “Unity” tankeri rəsmi olaraq Hindistan heyətinin idarəçiliyinə təhvil verilib, gəminin rusiyalı dənizçiləri isə vətənə qayıdır.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Rusiyanın Kolkata şəhərindəki Baş Konsulluğunun məlumatına görə, noyabrın 23-də yerli vaxtla saat 16:30-da tanker Hindistan tərəfinin təyin etdiyi kapitan və heyətin nəzarətinə verilib. Gəminin əvvəlki heyətində olan 8 Rusiya və 1 Misir vətəndaşı sahilə çıxarılır.
Dənizçilər noyabrın 24-də Bhubanesvar hava limanından yola düşəcək və noyabrın 25-i günün sonunadək ölkələrinə çatmaları gözlənilir.
Kamerun bayrağı altında üzən “Unity” tankeri mayın 11-də gəmi sahibinə qarşı maliyyə iddiaları ilə əlaqədar saxlanılıb və hazırda Odişa ştatının Paradip limanı yaxınlığında lövbər salıb. İş üzrə Odişa Ali Məhkəməsində hüquqi proses davam edir.