Avropada 15 təyyarəyə bomba təhdidi barədə məlumat daxil olub
NQ
Avropanın bir sıra ölkələrində təyyarələrdə partlayıcı qurğuların olması ilə bağlı təhdidlər qeydə alınıb. Məlumatlar hava limanlarında da təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, cümə günü Avropanın azı 15 təyyarəsi təcili eniş edib. Çexiyada 9, Fransada 4 təyyarə ilə bağlı belə hallar qeydə alınıb. Rumıniya və İtaliyadan da təhdid məlumatları daxil olub.
Bundan başqa, Avropa İttifaqının hava limanlarında iki təhlükəsizlik insidenti barədə məlumat yayılıb. Buxarest və Kopenhagen hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib.
Son günlər Avropa marşrutları üzrə uçuşlar həyata keçirən təyyarələrə bomba qoyulması ilə bağlı onlarla məlumat daxil olub. Lakin indiyədək bu təhdidlərin heç biri təsdiqlənməyib və partlayıcı qurğu aşkarlanmayıb.