“Eternity-2026” təlimi çərçivəsində Azərbaycan-Gürcüstan nümayəndələrinin görüşü keçirilib
NQ
“Eternity-2026” birgə komanda-qərargah təlimi çərçivəsində Azərbaycan və Gürcüstan nümayəndələri arasında görüş keçirilib.
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, təlimin “Yüksəksəviyyəli Müşahidəçi Günü”ndə iştirak etmək məqsədilə Gürcüstan Müdafiə Qüvvələri komandanının müavini, general-mayor İrakli Çiçinadzenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.
Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq idarəsində keçirilən görüşdə general-leytenant Azər Əliyev Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə təşkil olunan təlimin regional təhlükəsizlik və hərbi əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıb. İrakli Çiçinadze isə təlimin yüksək səviyyədə təşkil olunduğunu bildirərək, birgə fəaliyyətlərin ordular arasında təcrübə mübadiləsinə töhfə verdiyini qeyd edib.
Görüş zamanı regional strateji və iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, qərargahlar arasında operativ əlaqələndirmə məsələləri müzakirə olunub. Nümayəndə heyətinə təlimin məqsədləri, mərhələləri və təşkilati tədbirləri barədə məlumat verilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.