Gənclər və könüllü təşkilatları: Zəfər gələcək qarşısında məsuliyyətdir
NQ
Azərbaycan gənclər və könüllü təşkilatları 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə bəyanat yayıb.
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, bəyanatda Zəfərin Azərbaycan xalqının birliyinin, iradəsinin və ərazi bütövlüyü uğrunda mübarizəsinin nəticəsi olduğu bildirilib. Qeyd olunub ki, 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə keçirilən antiterror tədbirləri nəticəsində ölkənin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edilib.
Təşkilatlar gənclərin Böyük Qayıdış prosesində, işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafında fəal iştirakının vacibliyini vurğulayıblar. Bəyanatda həmçinin Zəfərin regionda davamlı sülh və əməkdaşlıq üçün yeni imkanlar yaratdığı qeyd edilib.