Körfəzdə 2 milyon bareldən çox neft daşıyan supertanker batıb
NQ
Körfəzin cənub sularında mina partlayışı nəticəsində 2 milyon bareldən çox neft daşıyan supertanker batıb. Hadisədən sonra eyni marşrutla hərəkət edən daha bir gəmidə də yanğın baş verdiyi bildirilir.
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. İran tərəfinin iddiasına görə, tanker Hörmüz boğazını icazə verilməyən cənub marşrutu ilə gizli şəkildə keçməyə cəhd edərkən partlayışa məruz qalıb və güclü yanğından sonra batıb.
İran rəsmiləri balıqçıları təhlükəsizlik qaydalarına əməl etməyə, gəmi sahiblərini və şirkətləri isə boğazın qadağan olunmuş zonasına yaxınlaşmamağa çağırıblar.