Krım körpüsünün bərpası ilə bağlı son vəziyyət açıqlanıb
NQNuray Qafarzadə

Krım körpüsünün bərpası üçün dəqiq müddət mühəndislik və layihə həlləri hazırlandıqdan sonra müəyyənləşəcək. Bu barədə Rusiyanın Baş nazirinin müavini Marat Xusnullin bildirib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Xusnullinin sözlərinə görə, körpünün tağlı hissəsinin əsas aşırım tiri və tağın özü zədələnib.
O, bərpa işləri ilə bağlı bütün zəruri tədbirlərin görüldüyünü, lakin dəqiq müddətin layihə qərarları hazır olduqdan sonra açıqlanacağını qeyd edib.