Kreml Konstantinovkada humanitar əməliyyat təklifini şərh edib
NQNuray Qafarzadə

Rusiya Prezidenti Vladimir Putinin Konstantinovkada humanitar əməliyyat keçirilməsi təşəbbüsü və Moskvanın Avropa ölkələri ilə dialoqa hazır olması Kreml nümayəndəsi Dmitri Peskovun gündəlik brifinqində əsas müzakirə mövzuları olub.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Peskov Putinin təşəbbüsünü mühüm humanitar addım kimi qiymətləndirib.
Onun sözlərinə görə, Rusiya ABŞ və Avropa ölkələrini Kiyev hakimiyyətini Konstantinovkada humanitar əməliyyatın həyata keçirilməsinə təşviq etməyə çağırır. Təklifin daha əvvəl Alyoşkidə əldə edilmiş təcrübənin davam etdirilməsini nəzərdə tutduğu bildirilib.