Kreml: Rusiya Ukrayna üzrə növbəti danışıqlar raundunun tezliklə keçirilməsini gözləyir
NQNuray Qafarzadə

Rusiya, ABŞ və Ukrayna arasında növbəti üçtərəfli danışıqlar raundunun yaxın vaxtlarda keçirilməsi gözlənilir.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
Onun sözlərinə görə, məsələ ABŞ nümayəndələri ilə keçirilən görüşdə də müzakirə olunub və Moskva danışıqlar prosesinin yaxın gələcəkdə davam edəcəyinə ümid edir.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri noyabrın 10-da Abu-Dabidə görüşüblər. Danışıqlarda genişmiqyaslı əsir mübadiləsi ilə bağlı razılıq əldə olunduğu da bildirilib.