Luqanskda yaşayış binasına hücum nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb
NQNuray Qafarzadə

Ukrayna Silahlı Qüvvələrinin Luqansk Xalq Respublikasının (LXR) Luqansk şəhərinin Yubileynoye qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasına gecə saatlarında endirdiyi zərbə nəticəsində üç nəfər həlak olub, altı nəfər yaralanıb.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, LXR rəhbəri Leonid Paseçnik hadisə ilə bağlı məlumat yayıb. Onun sözlərinə görə, dağıntılar altında insanların qalması ehtimalı var və xilasetmə işləri davam etdirilir.
Hadisənin nəticələri ilə bağlı araşdırma və xilasetmə tədbirləri davam edir.